EN

Müharibə veteranı ondan kömək istəyən pensiyaçıların başına necə oyun açıb?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Lənkəranda bankomatdan təqaüdünü çıxarmaq üçün ondan kömək istəyən şəxslərin pensiya kartlarında olan pulların bir hissəsini oğurlamaqda Bakıdakı “iPhone” həvəskarlarına qarşı qeyri-adi dələduzluq: ehtiyatlı olun! olunan Qarabağ veteranı Kənan Əlizadə ilə bağlı məhkəmə araşdırmaları başa çatıb.

Bizimyol.info xəbər verir ki, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq – təkrar törədildikdə) və 177.2.3-1 (oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri təqsirli bilinib və 2 il 3 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, istintaq və məhkəmə müddətində 5 ay 6 gün həbsdə və ev dustaqlığında olub. Bu müddətin hər günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər sayılaraq, ona təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 4 ay 18 gün cəza qalıb.

2002-ci il təvəllüdlü Kənan Əlizadə Lənkəranda “Kapitalbank”ın bankomatının qarşısına gedib, orada pulunu çıxarmaq üçün ondan kömək istəyən təqaüdçünün hesabında 1550 manat pul olduğunu görüb. Bunun 1000 manatını çıxararaq qadına verib və deyib ki, yalnız bu qədər çıxarmaq mümkün oldu. Qadından gizli şəkildə ikinci dəfə kartı bankomata yaxınlaşdırıb və o, çıxıb gedəndə qalan məbləğin 540 manatını da özü çıxarıb.

Digər zərərçəkmişlə bağlı hadisədə isə o, həmin şəxsin yanında dayanıb və kartın kodunu görüb. Həmin şəxs bankomatda istədiyi əskinasların olmadığını görüb çıxıb gedəndə əməliyyatı başa çatdırmadan kartı götürüb. Kənan Əlizadə kodu daxil edərək, 750 manat pulu çıxarıb.

İş üzrə 3 zərərçəkmişin heç biri Kənan Əlizadədən məhkəmədə şikayətçi olmayıb. Onlar bildirib ki, dəymiş ziyan ödənilib, bu səbəbdən şikayət və tələbləri yoxdur.

Kənan Əlizadə 2020-ci ildə II Qarabağ Müharibəsində iştirak edib. O, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. O, ifadəsində əməlindən peşman olduğunu bildirib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
93
bizimyol.info

1Sources