EN

Dayanacaqda ÖLÜM: Buz parçası 54 yaÅŸlı qadının hÉ™yatına SON QOYDU – VİDEO

Rusiyada avtobus dayanacağında qadın buz parçasının düşməsi nəticəsində ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində dəhşətli hadisə baş verib. İlkin məlumatlara görə, martın 17-də 54 yaşlı qadın avtobus dayanacağında olarkən onun üzərinə böyük buz kütləsi düşüb.

Zərbənin gücündən ağır xəsarətlər alan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
89
interpress.az

1Sources