Rusiyada avtobus dayanacağında qadın buz parçasının düşməsi nəticəsində ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində dəhşətli hadisə baş verib. İlkin məlumatlara görə, martın 17-də 54 yaşlı qadın avtobus dayanacağında olarkən onun üzərinə böyük buz kütləsi düşüb.
Zərbənin gücündən ağır xəsarətlər alan qadın hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az