EN

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub (FOTO)

Xocalı. Trend:

Martın 17-də Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaqçərşənbəsi münasibətilə böyük bayram tonqalları yandırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, Xocalı şəhərinin mərkəzində, eləcə də köç həyata keçirilənkəndlərdə, o cümlədən Xocalınln Şuşa kəndində sakinlər bir arayagələrək, bayram tonqalları ətrafında toplaşıblar.

Doğma torpaqlarına qayıdan insanlar Torpaq çərşənbəsini xüsusisevinc və qürur hissi ilə qeyd ediblər.Tonqal ətrafında toplaşansakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruzənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayramovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksəkəhval-ruhiyyə yaradıb.

İllər sonra doğma yurdlarında yandırılan bu tonqallar torpağındirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərəböyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm dəazad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurvericimənzərə yaradıb. Sakinlər bildiriblər ki, bu gün doğma yurdlarındaTorpaq çərşənbəsini qeyd etmək, onlar üçün ən böyük xoşbəxtlikdir.Bayram tonqalları ətrafında yaşanan sevinc və birlik hissi isəNovruzun gətirdiyi ümid, dirçəliş və vətən sevgisinin parlaqtəcəssümünə çevrilib.

Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Chosen
157
11
az.trend.az

10Sources