EN

Zelenski Londondadır - Kralla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

Bu haqda Ukrayna lideri sosial şəbəkədə paylaşım edir.

Zelenskini Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıy və təyyarənin ekipaj üzvləri qarşılayıblar.

O, artıq Bukinqem sarayında Böyük Britaniya kralı III Çarlz ilə görüşüb.

Bundan əlavə, Ukrayna lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi və Britaniya parlamentində çıxış etməyi planlaşdırır.

"Cebheinfo.az" 

Chosen
103
8
cebheinfo.az

9Sources