Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunda lahmacun ustası Ramazan Çimən 63 metr uzunluğunda lahmacun hazırlayaraq "Ginnesin Rekordlar Kitabı"na daxil olub.
“Yeni Sabah” xəbər verir ki, rekord sınağı noter və çoxsaylı sakinin iştirakı ilə baş tutub.
Lahmacun ustası Ramazan Çimən bildirib ki, rekordun əsas məqsədi türk mətbəxinin dünyada tanıdılmasıdır. Hazırlıq prosesinə 40 nəfərlik heyət cəlb olunub. Usta qeyd edib ki, 63 metrlik lahmacunun hər bir hissəsi eyni keyfiyyətdə və dadda bişirilib.
Səlahiyyətli şəxslər tərəfindən aparılan ölçmə işlərindən sonra 63 metrlik nəticə rəsmən qeydə alınıb. Tədbirin sonunda rekord ölçüdəki lahmacun dilimlənərək aksiya iştirakçılarına və vətəndaşlara paylanılıb.
Qeyd edək ki, indiyədək bu sahədə oxşar dünya rekordunun qeydə alınmadığı bildirilir.
Telegram kanalımız