EN

Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib Maddi ziyan qaçılmazdır VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Xətai rayonu, UPD (NZS) qəsəbəsində yolun asfalt örtüyünün yararsız vəziyyəti sürücülər üçün ciddi problemlər yaradır.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri mövcud vəziyyəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan aydın görünür ki, yolun böyük hissəsi dərin çuxurlarla örtülüb, bəzi yerlərdə isə asfalt qatı demək olar ki, tam sıradan çıxıb.

Nəticədə, bu ərazidən hərəkət edən sürücülər həm maddi ziyanla üzləşir, həm də qəza riski ilə qarşı-qarşıya qalır. Görüntülərdə motosiklet sürücüsünün də yolun bərbad vəziyyətinə görə çətinlik yaşadığı açıq şəkildə müşahidə olunur.

Sürücülərin sözlərinə görə, yol uzun müddətdir bu vəziyyətdədir və nasaz örtük səbəbindən nəqliyyat vasitələrinin ehtiyat hissələri tez-tez sıradan çıxır. Bildirilir ki, problemə baxmayaraq, ərazidə hər hansı əsaslı təmir işləri aparılmayıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
avtosfer.az

1Sources