EN

Psixi sağlamlıq problemi olanlar bu qidaları rasiondan çıxarmalıdır -Həkimdən XƏBƏRDARLIQ

Həkim Karlos Xaramilyo psixi sağlamlıq problemləri olan insanlara bəzi məhsulları qida rasionundan çıxarmağı tövsiyə edib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "El Confidencial" yayıb.

Xaramilyo bildirir ki, ağ un, şəkər və desertlər metabolizmin sürətinə mənfi təsir göstərir. Əgər metabolizm qeyri-sabit olarsa, bu, sinir sistemini aktivləşdirir və vəziyyəti təhlükə kimi qəbul etməsinə səbəb olur. Nəticədə narahatlıq hissi yaranır, — deyə həkim izah edib.

O, həmçinin qeyd edib ki, yüksək narahatlıq zamanı qanda qlükoza səviyyəsini kəskin yüksəltməyən məhsullar ideal hesab olunur. Bundan əlavə, rasionda protein, faydalı yağlar və lif miqdarının artırılması vacibdir. Xaramilyo xatırladıb ki, rifah hissi ilə əlaqəli serotonin hormonu əsasən bağırsaqda istehsal olunur. Buna görə də bağırsağın sağlamlığı üçün fermentləşdirilmiş məhsullar, məsələn, kəfir və turşu kələm kimi qidaların istehlakı vacibdir.

Aytəkin TOFİQQIZI

Chosen
27
1
redaktor.az

2Sources