AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.


“Şahdağ Qusar” – MOİK oyununun 82-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilib.


“Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” komandası 600 manat cərimə edilib.


“Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilib.


“Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.


“Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilib.