AZ

AFFA-dan "Mingəçevir"ə ciddi cəza

AFFA Intizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda I Liqa matçları da müzakirə olunub.

12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununun 82-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” komandası 600 manat cərimə edilsin (maddə 86.3);

 

12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);

 

12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

 

13 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

“Arsenal” və “Siti” ev sınağında - YENİLƏNİR

Əvəzedicilər Liqası: XX tura yekun vurulub

Rəhim Həsənov mübahisəli epizodları şərh edib - VİDEO

Millimizin heyəti bəlli olub

"Şirvan" və "Şəki Siti"dən qələbə

Seçilən
0
4
apasport.az

10Mənbələr