EN

Müctəba Xamenei bilərəkdən gizlədilir? – İranın İLGİNC PLANI

İranın ali lideri Müctəba Xameneinin sağlamlığı və ictimai görünüşü ilə bağlı məlumatlar verilmir. Təhlükəsizlik və siyasi sabitlik səbəblərindən, həmçinin daxili və xarici təsirlərin qarşısını almaq məqsədilə onun şəxsi vəziyyəti barədə məlumatların bilərəkdən məhdud şəkildə yayıldığı ehtimal edilir. Bu isə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə spekulyasiyalara yol açır.

Müctəba Xamenei bilərəkdən gizlədilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib:

Quru

“Təbii ki, İranda dini lider Ayətullah Xamenei öldürüldükdən sonra ciddi şəkildə Müctəba Xameneinin qorunması istiqamətində addımlar atılır. Bu baxımdan da onun gizlədilməsi normal bir haldır. Çünki ikinci dəfə İranın dini lideri öldürülərsə, dövlət olaraq İranın iflası demək olar.

Cavanşir Abbaslının sözlərinə görə, nə qədər cəbhədə dirəniş göstərsə də, faktiki olaraq ikinci dəfə seçdikləri dini liderin öldürülməsi İranın imicinə olduqca böyük zərbə vurar.

“Müctəba Xameneinin mühafizə olunması və gizlədilməsi normal bir haldır. Hətta müharibənin nə zaman bitməsindən asılı olmayaraq onun üzə, çıxması ehtimalı aşağı görünür. M. Xameneinin atasının dəfnində belə iştirak etməyəcəyini düşünürəm. Çünki onun həyatı bu dəqiqə İran dövləti üçün çox vacibdir”, — deyə siyasətçi əlavə edib.

Müctəba Xameneinin Rusiyaya aparıldığı barədə mediada gedən xəbərlərdən bəhs edən Cavanşir Abbaslı deyib:

“Bu, güclü ehtimallardan biri sayıla bilər. Rusiya bu müharibə ilə bağlı bəyanatlarda o tərəfə doğru mövqe sərgiləməsə də, hesab edirəm ki, Rusiya üçün də yeni dini liderin həyatı vacibdir. Çünki Rusiya İranın ən yaxın müttəfiqlərindən sayılır. Və Müctəba Xameneinin öldürülməsi Kremlin də maraqlarına heç bir halda cavab verə bilməz”.

Dəniz Pənahova
KONKRET.az

Chosen
37
50
konkret.az

10Sources