Kreml İranın yeni ali liderinin Moskvaya gəlməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kremldə İranın yeni ali dini lideri Müctəba Xameneinin müalicə üçün Moskvaya mümkün gəlişi ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Kremldə bu cür məlumatlar şərh edilmir.
Bundan əvvəl mətbuatda Müctəba Xameneinin səhhəti və təhlükəsizlik mülahizələrinə görə guya Rusiya hərbi təyyarəsi ilə gizli şəkildə Moskvaya gətirildiyi barədə məlumatlar yayılmışdı.
Əlavə olaraq qeyd edək ki, belə yüksəkvəzifəli dövlət xadimlərinin, xüsusən də İranın ali rəhbərinin səhhəti və hərəkət marşrutları barədə məlumatlar adətən ciddi şəkildə gizli saxlanılır. Rəsmi dairələrin bu cür iddialara cavab verməkdən yayınması isə beynəlxalq mətbuatda mövzu ilə bağlı müxtəlif fərziyyələrin daha da çoxalmasına səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az