EN

Xamenei hava hücumundan əvvəl binadan çıxdıqdan sonra ölümdən xilas olub - KİV

İranın yeni ali liderinin ABŞ-İsrail hücumu zamanı ölümdən xilas olduğu iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bildirilib ki, İranın yeni ali lideri Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumu zamanı hədəfə alınan binadan son anda çıxaraq xilas olub.

Qeyd olunub ki, hücum nəticəsində onun atası – İranın ali lideri Əli Xamenei həlak olub.

Məlumata görə, nəşr İranın İslam İnqilabı Keşikçiləri Korpusuna göndərildiyi iddia edilən səs yazısına istinad edir. Bildirilir ki, bu səs yazısı Məzahir Hüseyni tərəfindən göndərilib və onun həqiqiliyi müstəqil şəkildə təsdiqləndiyi iddia olunur.

Qəzet Hüseyninin sözlərinə istinadən yazır ki, hadisə zamanı Müctəba Xamenei binadan kənarda olub və geri qayıdarkən raket zərbəsi endirilib.

Hadisə nəticəsində onun həyat yoldaşı xanım Həddadın və oğlunun həlak olduğu, özünün isə yalnız yüngül ayaq xəsarəti aldığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

Chosen
36
redaktor.az

1Sources