EN

Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında 25-ci turun oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda öz meydanında “Dobrudza”nı qəbul edib.

Cəlalın komandası ilk hissədə azlıqda qalsa da, qələbə qazanmağı bacarıb. Ev sahibləri 2:0 hesablı qalibiyyətə sevinib. Matça ehtiyatdan başlayan Cəlal Hüseynov 75-ci dəqiqədə Serkan Yuseinin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, xallarının sayını 35-ə çatdıran “Arda” turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

Chosen
54
1
msport.az

2Sources