EN

Əraqçi Uitkoffla danışıqları bərpa edib?

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla əlaqə saxladığı barədə mediada yayılan məlumatları təkzib edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Əraqçi bu barədə öz “X” hesabında məlumat verib.

“Mənim cənab Uitkoffla son əlaqəm onun rəhbərinin İrana qarşı növbəti qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarı verməsindən əvvəl olub. Bu cür açıqlamalar yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, – XİN rəhbəri yazıb.

Chosen
71
1
cebheinfo.az

6Sources