EN

“Rəqəmsal məktəb” platforması: müəllimlərin işini asanlaşdıran “Microsoft Copilot”

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

“Rəqəmsal məktəb” platformasına interqrasiya edilmiş “Microsoft Copilot” tətbiqi müəllimlərin gündəlik iş yükünü azaltmaq və tədris prosesini daha effektiv etmək məqsədilə hazırlanıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, “Microsoft Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir. Bu alət müəllimlərə gündəlik tədris fəaliyyətində dərslərin planlaşdırılması, mürəkkəb mətnlərin təhlili, yeni ideyaların sistemləşdirilməsi, tapşırıqların və gündəlik qiymətləndirmə resurslarının hazırlanması istiqamətində dəstək verir.

Yeni funksionallıq vasitəsilə müəllimlər daha qısa vaxtda daha sistemli və yaradıcı tədris materialları hazırlaya biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
3
azertag.az

4Sources