AZ

"Rəqəmsal məktəb” platforması: müəllimlərin işini asanlaşdıran “Microsoft Copilot”




“Rəqəmsal məktəb” platformasına (https://reqemsal.edu.az/) interqrasiya edilmiş “Microsoft Copilot” tətbiqi müəllimlərin gündəlik iş yükünü azaltmaq və tədris prosesini daha effektiv etmək məqsədilə hazırlanıb.

Newscenter.az xəbər verir ki. “Microsoft Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir. Bu alət müəllimlərə gündəlik tədris fəaliyyətində dərslərin planlaşdırılması, mürəkkəb mətnlərin təhlili, yeni ideyaların sistemləşdirilməsi, tapşırıqların və gündəlik qiymətləndirmə resurslarının hazırlanması istiqamətində dəstək verir.

Yeni funksionallıq vasitəsilə müəllimlər daha qısa vaxtda daha sistemli və yaradıcı tədris materialları hazırlaya biləcəklər.

Ruhiyyə Mehdiyeva
Seçilən
52
3
newscenter.az

4Mənbələr