EN

Bir list paxlava üçün nə qədər şərbət lazımdır?

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paxlavanın şərbət miqdarı padnusun ölçüsünə və xəmir qatlarının sayına görə dəyişir. Standart bir ölçü üçün (təxminən 30x40 sm) aşağıdakı qayda tətbiq olunur:

Milli.Az xəbər verir ki, standart bir padnus üçün 3 stəkan su və 3 stəkan şəkər tozu istifadə olunur.

Şərbətin kristallaşmaması (şəkərlənməməsi) üçün qaynamağa başlayanda içərisinə bir neçə damcı (və ya 1 çay qaşığı) limon suyu əlavə edilir.

Şərbət nə çox duru, nə də çox qatı olmalıdır. Bir damcı şərbəti soyuq suya damlatdıqda formasını saxlayırsa, deməli, hazırdır.

Paxlavanın yumşalmaması və xəmirə dönməməsi üçün temperatur fərqi çox önəmlidir:

İsti paxlava + Ilıq/Soyuq şərbət: Paxlava sobada bişdikdən sonra çıxarılır və ilk yüksək hərarətinin getməsi üçün 2-5 dəqiqə gözlənilir.

Şərbət isə əvvəlcədən hazırlanıb soyumalı və ya ən çoxu ılıq olmalıdır. Soyuq şərbət tökmək yuxaların diri qalmasını və paxlavanın çıtır (xırtıldayan) quruluşunu qorumasını təmin edir.

Şərbətin Tökülmə Qaydası

Şərbəti birdən-birə yox, yavaş-yavaş və hər tərəfə bərabər şəkildə tökmək lazımdır. Xüsusilə kənar hissələrə və ortaya diqqət yetirilməlidir. Şərbəti tökdükdən sonra paxlavanı ən azı 2-3 saat dincəlməyə qoymaq lazımdır ki, şirəni tam canına çəksin.

Şərbət tökdükdən sonra paxlavanın üstünü örtmək məsləhət deyil, çünki bu, buxar yaradaraq paxlavanın çıtırlığını itirməsinə və yumşalmasına səbəb ola bilər.

Xarlamanın qarşısı necə alınır?

Limon suyu əlavə etmək və şərbəti düzgün qaynatmaq bunun qarşısını alır.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
news.milli.az

10Sources