EN

İrəvan çalxalanır: Paşinyanla bağlı inanılmaz iddia yayıldı

Bir qrup amerikalı jurnalist tərəfindən aparılan araşdırmaya görə, Ermənistan hökuməti insan orqanlarının Fransaya transplantasiyası üçün genişmiqyaslı sxemə icazə verib. Bu fəaliyyətin təşkilatçılara 2022-2026-cı illər arasında təxminən 30 milyon dollar gəlir gətirdiyi bildirilir.

Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, dərc olunan materiallarda sistemin 2022-ci ildə, Baş nazir Nikol Paşinyanın Parisə rəsmi səfərindən sonra işə salındığı iddia edilir.

Nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan və səhiyyə naziri Anahit Avanesyan daxil olub. Araşdırmaçıların sözlərinə görə, səfər zamanı elmi tədqiqat adı altında aparıcı Fransa klinikalarına biomaterialların tədarükü ilə bağlı gizli razılaşmalar əldə edilib.

Agentliklərdəki mənbələr prosesin əsas kordinatoru kimi Səhiyyə Nazirliyini göstərirlər. İrəvandakı özəl Astxik Tibb Mərkəzinin isə əsas logistika mərkəzi olduğu deyilir. İddia edilir ki, xəstələr məhz bu müəssisə vasitəsilə ixtisaslaşmış müalicəyə ehtiyac duymaq bəhanəsi ilə Fransaya göndərilib.

2023-cü ildən bəri mobil qruplar infeksiya müayinəsi aparmaq adı altında məcburi köçkün düşərgələrində fəaliyyət göstərir. İstintaqa görə, göstərilən müddət ərzində ölkədən 387 orqan ixrac edilib və ümumi qara bazar dəyəri 30 milyon dollar təşkil edib.

Chosen
32
1
publika.az

2Sources