EN

Mbappe əfsanəni lağa qoydu və bu cavabı aldı

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe əfsanəvi həmyerlisi Tyerri Anrinin paylaşımına zarafatla reaksiya verib.

Publika.az xəbər verir ki, “Arsenal”ın 48 yaşlı keçmiş hücumçusu məşqdən fotosunu paylaşaraq hələ də yaxşı fiziki formada olduğunu göstərib. Anri bildirib ki, tərəfdaşı ilə birlikdə 10 kiloqramlıq xüsusi jiletdə bir saat məşq edib və hamını çox çalışmağa, düzgün qidalanmağa, həmçinin şəkərdən imtina etməyə çağırıb.

Paylaşımın şərh bölməsində Mbappe zarafatla “Hə, qoca, başa düşdüm” yazıb. Anri isə qısa şəkildə “İntizam” cavabını verib.

Hazırda “Real”ın hücumçusu diz zədəsindən sonra bərpa prosesini davam etdirir. Mbappe artıq beş oyunu buraxıb, lakin onun Çempionlar Liqasında “Mançester Siti”yə qarşı cavab matçında meydana qayıda biləcəyi bildirilir.

Chosen
9
43
publika.az

10Sources