AZ

Mbappe “Mançester Siti” ilə oyuna hazırdır

“Real”ın hücumçusu Kilian Mbappe uzunmüddətli fasilədən sonra yaşıl meydanlara qayıdır.

Msport.az xəbər verir ki, 27 yaşlı fransalı forvard komandanın ümumi məşqlərinə qatılıb.

Dizindəki zədə səbəbindən “kral klubu”nun həm La Liqa, həm də Çempionlar Liqasındakı son 5 oyununu buraxan Mbappe artıq kollektivlə birlikdə Mançester səfərinə yollanmağa hazırdır. Beləliklə, futbolçunun “Mançester Siti”yə qarşı keçiriləcək 1/8 finalın cavab qarşılaşmasında meydana çıxmaq ehtimalı olduqca yüksəkdir.

Qeyd edək ki, “Mançester Siti” – “Real” matçı sabah keçiriləcək. Madriddəki ilk oyunda “Real” 3:0 hesablı qələbə qazanıb.

Seçilən
0
43
msport.az

10Mənbələr