ABŞ və Çin nümayəndə heyətləri ticarət danışıqlarında razılığa gəliblər
ABŞ və Çin nümayəndə heyətləri, qarşılıqlı tarif artımları səbəbindən artan ticarət gərginliyinin həlli məqsədilə Fransada keçirilən yeni danışıqlar mərhələsində tarif səviyyələrini qorumaq barədə razılığa gəldiklərini açıqladılar.
ABŞ və Çin nümayəndə heyətləri, qarşılıqlı tarif artımları ilə artan ticarət gərginliyini həll etmək məqsədilə Fransada keçirilən yeni danışıqlar mərhələsində, ABŞ Ali Məhkəməsinin Prezident Donald Trampın qanunvericiliyinin tarif artımlarına icazə vermədiyi barədə qərarından sonra qeyri-müəyyən hala gələn tarif səviyyəsini qorumaq barədə razılığa gəldiklərini bildirdilər.
Çinin Beynəlxalq Ticarət Nümayəndəsi Li Çenqanq, ABŞ Maliyyə Naziri Skott Bessent və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin ilə birlikdə Fransanın Paris şəhərində keçirilən iqtisadi və ticarət danışıqlarından sonra mətbuata açıqlamalar verib.
Li bildirib ki, Çin və ABŞ nümayəndə heyətləri dərin, konstruktiv və səmimi müzakirələr aparıb və hər iki tərəf əvvəlki danışıqlarda razılaşdırılmış tarif səviyyələrini qorumaq barədə razılığa gəliblər.
Tərəflər Çin və ABŞ arasında sabit iqtisadi və ticarət əlaqələrinin hər iki ölkə və dünya üçün faydalı olduğunu vurğulayıblar və ticarət və investisiya sahəsində əməkdaşlığı təşviq etmək üçün ikitərəfli iş mexanizminin yaradılmasını müzakirə ediblər.
ABŞ Ticarət Qanununun 301-ci maddəsi ilə başlanan araşdırmalarla bağlı Çinin mövqeyinə gəldikdə, Li bu cür birtərəfli araşdırmalara qarşı olduqlarını vurğulayıb.
Li bildirib ki, "Biz araşdırmaları yaxından izləyəcək və Çinin qanuni maraqlarını qorumaq üçün vaxtında tədbirlər görəcəyik".
aia.az
Tərcümə şöbəsi