EN

İsrail ordusu İran MN-in kosmik peyklərlə bağlı strateji obyektini məhv edib (FOTO)

Bakı. Trend:

İsrail Ordusu İranın kosmosda peyklərə qarşı imkanları inkişafetdirmək üçün istifadə etdiyi mərkəzi məhv edib

Trend İsrail KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri, hərbi kəşfiyyatın dəqiqməlumatları əsasında, İran terror rejiminin kosmik sahədə fəaliyyətgöstərən bir mərkəzini məhv edib. Bu mərkəz peyklərə zərbə endirməkqabiliyyətlərinin inkişafı üçün istifadə olunurdu və buqabiliyyətlər İsrail Dövlətinin peykləri, eləcə də dünyanın digərölkələrinin kosmik aktivləri üçün təhlükə hesab olunur”,- IDF-inməlumatında qeyd olunur.

Məlumata əsasən, hədəfə alınan mərkəz hərbi kosmik proqramlarınhazırlanması üçün istifadə edilirdi. Bu proqramlar çərçivəsində, ocümlədən, İran Müdafiə Nazirliyinin Elektronika Sənayesi tərəfindənhazırlanmış və 2024-cü ilin sentyabrında İnqilab Keşikçiləritərəfindən kosmosa buraxılmış “Çəmran-1” peyki də yaradılıb.

“İranın terror rejimi uzun illər ərzində kosmosda müharibəimkanlarının inkişafına böyük resurslar sərf edib. Bu, onun hərbiqabiliyyətlərini genişləndirmək və regional, eləcə də beynəlxalqsabitliyi sarsıtmaq cəhdlərinin bir hissəsi kimiqiymətləndirilir”,-deyə məlumatda vurğulanır

İsrail
İsrail
Məqalədə:
Chosen
34
4
az.trend.az

5Sources