EN

Dövlətə borcu vardı, nizamnamə kapitalını 6 milyon manat azaltdı

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Aznet Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 6.003.836,00 manat azaldılaraq 3.096.154 manat müəyyən edilib.

Bakıvaxtı.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlardan tələblərini cəmiyyətin hüquqi ünvanına göndərilməsi istənilib.

Qeyd edək ki, 2024-cü ildə "Aznet Technologies" MMC "Araznet Technologies" MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunub.

Həmin vaxt "Aznet Technologies" MMC 2 min manat, "Araznet Technologies" MMC isə 8 milyon 918 min manat nizamnamə kapitalına malik idi.

Onu da bildirək ki, şirkətin dövlətə 20 min 833 manat borcu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
2
bakivaxti.az

3Sources