EN

Rabitəbank ASC açıq tender elan EDİR

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tenderin adı: “XDR (Extended Detection and Response) həllinin alınması”

Tenderin elan tarixi:  16.03.2026

Tenderin son tarixi:   31.03.2026, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
118
6
redaktor.az

10Sources