"Rabitəbank" ASC açıq tender elan edir.
Tenderin adı: “XDR (Extended Detection and Response) həllinin alınması”
Tenderin elan tarixi: 16.03.2026
Tenderin son tarixi: 31.03.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
-
İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
-
İşin icra müddəti qeyd edilməsi mütləqdir
-
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
-
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
-
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
-
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-
Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
-
Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Təkliflərin qəbul edilməsi:
-
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına göndərilməlidir.
-
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.