ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistanla Türkiyə arasında itkin düşmüş vətəndaşların axtarışı istiqamətində əməkdaşlıq gücləndiriləcək.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ özbək diplomatları ilə Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə edilib. Tərəflər itkin düşmüş vətəndaşların sürətli axtarışı məsələsi ilə bağlı məlumat mübadiləsini gücləndirmək barədə razılığa gəliblər. Həmçinin müvafiq qurumlar arasında birbaşa əməkdaşlıq mexanizmlərinin yaradılması və birgə işçi qrupu yaradılması barədə razılıq əldə edilib.Görüşdə Türkiyədə müvəqqəti və ya daimi yaşayan Özbəkistan vətəndaşlarının hüquqlarının qorunması, itkin düşmüş həmvətənlərin axtarışı, eləcə də yerli hüquq-mühafizə orqanları tərəfindən xarici vətəndaşlardan müraciətlərin qəbulu prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Bundan əlavə, həbsxanalarda saxlanılan Özbəkistan vətəndaşları ilə görüşlərin təşkili məsələsinə də baxılıb.Süleyman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.