EN

Lökbatanda 67 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Lökbatan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva yaşadığı evdə hamam otağında yıxılıb.

O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
34
6
bakivaxti.az

10Sources