AZ

Lökbatanda 67 yaşlı qadın hamamda yıxılaraq ölüb

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda yıxılaraq ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Lökbatan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva yaşadığı evdə hamam otağında yıxılıb.

O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
20
6
cebheinfo.az

10Mənbələr