EN

Alimlərin və mütəfəkkirlərin şərin mahiyyətini anlamağa təsiri əhəmiyyətli olub - Vayra Vike-Freyberqa

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq, 30 milyon 491 min 98 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 16 milyon 4 min 14 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 2 milyard 754 milyon 75 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 17 milyard 967 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Chosen
81
turkic.world

1Sources