EN

Putinlə Müctəba Xameneinin görüşü baş tuta bilər

BAKI, 14 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə İranın yeni ali rəhbəri Müctəba Xameneinin ilk görüşü bu il keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, görüşün bu il Tehranda keçirilməsi planlaşdırılan Xəzər sammiti çərçivəsində baş tutması ehtimal olunur.

Cəlali qeyd edib ki, sammitin keçirilməsi üçün əvvəlcə ABŞ və İsraillə mövcud münaqişə dövrünün geridə qalması lazımdır.

“Əlbəttə, hazırkı vəziyyət müəyyən qədər səngiməlidir. Hər halda Tehranda keçiriləcək Xəzər sammitinin tarixini müəyyən etmişik və o, bu il baş tutmalıdır. Əgər sammit keçirilərsə, adətən olduğu kimi, onun çərçivəsində görüşlər də təşkil ediləcək”, – deyə diplomat bildirib.

Cəlali əlavə edib ki, İran ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verdiyinə və onun varisini təbrik etdiyinə görə Putinə təşəkkür edir.

Chosen
50
1
teleqraf.com

2Sources