EN

Binəqədidə yaşayış binasında yanğın baş verib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də saat 02 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Chosen
35
4
azertag.az

7Sources