AZ

Binəqədidə yaşayış binasında yanğın baş verib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yol Patrul Xidməti, Post Patrul Xidməti və Çevik Polis Alayının əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
apa.az

7Mənbələr