Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Antalyaspor” doğma meydanda “Qaziantep”ə böyük hesabla uduzub. Səfərdə “Karagümrük”lə qarşılaşmış “Fənərbahça” da 2 cavabsız qolla məğlub olub. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.
26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edib.
Türkiyə, Super Liqa
26-cı tur
13 mart
Antalyaspor – Qaziantep 1:4
Qollar: Safuri, 90+3 – Bayo, 59; 76. Kozlovski, 65. D.Kamara, 82.
Karagümrük – Fənərbahça 2:0
Qollar: B.Elmaz, 15. Serjinyo, 45+1.
14 mart
14:30. Kocaelispor – Konyaspor
21:00. Qalatasaray – Başakşəhər
21:00. Göztəpə – Alanyaspor
21:00. Trabzonspor – Rizəspor
15 mart
17:00. Kasımpaşa – Eyüpspor
21:00. Gənclərbirliyi – Beşiktaş
21:00. Samsunspor – Kayserispor
