EN

Mourinyo cəzalandırıldı: bu qədər cərimə ödəməlidir

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Portu” ilə 2:2 hesablı heç-heçədən sonra etdiyi emosional hərəkətə görə cəzalandırılıb.

Publika.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

“Joze rəqib komandanın ehtiyat oyunçular skamyasının yaxınlığında topu təpiklədiyinə və “Portu”nun köməkçi məşqçisi Luço Qonsaleslə münaqişəyə girdiyinə görə meydandan qovuldu və bu səbəbdən növbəti iki oyun üçün cəza aldı.

O, həmçinin 5355 avro məbləğində cərimə ödəməlidir”, – məlumatda deyilir.

Chosen
45
publika.az

1Sources