EN

Klopun yeni iş yeri müəyyənləşir

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniya Futbol Federasiyası milli komanda üçün yeni baş məşqçi axtarışına başlaya bilər.

Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, federasiya Yürgen Kloppu 2026-cı il dünya çempionatı üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Məlumata görə, hazırkı baş məşqçi Yulian Naqelsmanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik var. Komanda daxilində müəyyən narazılıqların da olduğu bildirilir.

Bu səbəbdən federasiya alternativ variantları da araşdırır. Klop isə uzun illər klub səviyyəsində qazandığı uğurlarla tanınır və Almaniyada böyük nüfuza malikdir.

Hazırda bu məsələ ilə bağlı rəsmi qərar verilməsə də, federasiyanın vəziyyəti yaxından izlədiyi qeyd olunur.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
102
2
fanat.az

3Sources