EN

Kamaljit Kaur: Hindistan uzun illərdir siqhləri təqib edir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cenevrə, 13 mart, AZƏRTAC

Hindistanda yaşayan siqh azlığı uzun illərdir fundamental hüquqlarına qarşı təzyiq, təqib və müxtəlif məhdudiyyətlərlə üzləşir.

Bu barədə AZƏRTAC-ın müxbirinin sualını cavablandıran Siqh gənclər hərəkatının fəalı Kamaljit Kaur bildirib.

Onun sözlərinə görə, siqh fəallarına qarşı qorxutma, izləmə və təhdid halları həm ölkə daxilində, həm də xaricdə baş verir.

Kamaljit Kaur vurğulayıb ki, mövcud vəziyyətdə qlobal səylərin birləşdirilməsi və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar vasitəsilə bu məsələnin daha fəal şəkildə gündəmə gətirilməsi xüsusilə vacibdir.

Qadın fəal, həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, təşkilat beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl şəkildə siqh icmasının hüquqlarının pozulmasına yönəldir və bu mövzu ilə bağlı beynəlxalq dialoqun inkişafına töhfə verir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
azertag.az

3Sources