EN

Ağ Ev Konqresdən 50 milyard istəyəcək ABŞ də narahatlıq artır

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İranla müharibə başlayandan Tramp administrasiyası "illərin" sursatını yandırıb”.

“AzPolitika” bildirir ki, bu barədə “The Financial Times” qəzeti məsələdən agah üç nəfərə istinadla yazır.

Mənbələrdən biri deyib ki, "Tomahawk" raketləri sürətlə xərclənir və donanma bu xərclərin nəticəsini illərlə hiss edəcək.

“Yaxın günlərdə Pentaqonun Ağ ev və Konqresə orduya əlavə 50 milyard dollar ayrılması üçün rəsmi müraciət göndərəcəyi gözlənilir. Bu isə Konqresdə kəskin müzakirələrə səbəb ola bilər”, - deyə nəşr vurğulayır.

Belə ki, həm respublikaçıların bəziləri, həm də demokratlar Pentaqona əlavə pul ayrılmasına sərt reaksiya verə bilərlər. Demokratlar Trampın İranla müharibəsini qanunsuz sayır, onun Konqresdən təsdiq almadığını deyirlər.

Pentaqon rəsmiləri isə həftənin əvvəlində senatorlara deyiblər ki, zərbələrin ilk altı günü azı 11 milyard dollara başa gəlib. Bunun da böyük hissəsi sursata xərclənib.

ABŞ ordusu son beş ildə cəmi 322 "Tomahawk" alıb. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin hesablamasına görə, ABŞ müharibənin ilk 100 saatı ərzində 168 "Tomahawk" işlədib.

"Bu çoxdur, yerini doldurmaq illər alacaq", – bir konqresmen deyib.

ABŞ və İsrail fevralın 28-dən İrana hava zərbələri endirir. Tehran isə cavabında İsrailə, regiondakı ABŞ hərbi obyektlərini raket və dron hücumları gerçəkləşdirir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
azpolitika.info

1Sources