EN

İrandan Azərbaycana daha 39 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB-3

Bu gün saat 16:00-dan 17:30-dək İrandan Azərbaycana 39 Hindistan vətəndaşı təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bu gün saat 15:00-dan 16:00-dək İrandan Azərbaycana 7 Hindistan vətəndaşının təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan martın 13-də saat 12:00-15:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, həmin şəxslərin 3-ü Azərbaycan, 1-i Çin, 1-i isə Böyük Britaniya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan martın 13-ü saat 10:00-12:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Tacikistan və Çinin hərəsinin 2, Rusiyanın 1 vətəndaşının təxliyəsi baş tutub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Chosen
52
2
far.az

10Sources