EN

Britaniya və Fransa səfirləri Rusiya XİN-ə çağırılıb

Rusiya Xarici İşlər Nazirliyi Britaniya və Fransa səfirlərini çağıraraq, Ukrayna ordusunun Bryansk şəhərinə endirilən raket hücumu ilə bağlı mövqelərini izah etmələrini tələb edib.

Musavat.com Rusiya KİV-inə istinadla xəbər verir ki, səfirlərdən hadisəyə münasibət bildirmələri və aydın açıqlama vermələri istənilib.

Qeyd edək ki, martın 10-da Bryansk şəhəri Fransa-Britaniya istehsalı olan 7 ədəd “Storm Shadow” raketi ilə atəşə tutulub. Zərbələr nəticəsində 7 nəfər həyatını itirib, 42 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb. Hücum şəhərin mülki infrastrukturuna da ciddi ziyan vurub.

Hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkib və Rusiya ilə Qərb ölkələri arasında diplomatik gərginliyi artırıb. Ukrayna tərəfinin mövqeyi isə hələlik açıqlanmayıb.

Nigar Həsənli, Musavat.com

Chosen
41
musavat.com

1Sources