EN

“Sabah”, “Qarabağ” və “Neftçi” İntizam Komitəsinin qərarı ilə barışıb?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

AFFA İntizam Komitəsinin (İK) son iclasında ölkənin ən güclü klublarından üçü ilə bağlı sərt qərarlar verildi.“Sabah”ın məşqçisi Valerio Zuddasın məlum jestə görə cəzalanmaması birmənalı qarşılanmamışdı. İK üzvləri yenidən yığışdı, Zuddası 7 oyunluğa cəzalandırdı, “Sabah”ı 15 min manat cərimələdi. Amma “Qarabağ”dan Zaur Tağızadə ilə Müşfiq Hüseynov da növbəti 6 oyunda ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcək, klub onlara görə 12 min manat ödəməli olacaq.“Sabah” və “Qarabağ” buna görə apellyasiya şikayəti edəcəkmi? Hər iki klubun mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə, dəqiq heç nə yoxdu. Belə başa düşdük ki, müraciət edilə də bilər, edilməyə də.Son iclasda “başı ağrıyan” klubun biri də “Neftçi” oldu. Azarkeşlərin açdığı “Sizə nə VAR?” pankartı paytaxt klubuna 15 min manata baha gəldi. “Neftçi”nin də apellyasiya ərizəsi yazıb-yazmayacağı ilə bağlı dəqiq məlumat yoxdu.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
icma.az

2Sources