EN

İran üçün Liviya ssenarisi? – İlginc mesaj

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Ayşə Qəddafinin İran xalqına ünvanladığı müraciət beynəlxalq müzakirələrə səbəb olub. O, Tehrana Qərblə kompromisə getməmək barədə çağırış edib. Arqument kimi də Liviyanın taleyini göstərib.

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a deyib ki, Müəmmar Qəddafi də nüvə danışıqları zamanı İrana xəbərdarlıq etmişdi:

“Ki, heç bir halda Qərbə güzəşt etməsinlər. Düzdür, burada bir qədər emosionallıq var. Lakin bu emosionallıqla yanaşı, həm də Qəddafi ailəsinin üzləşdiyi vəziyyətlə də əlaqəlidir. Onun bu sözləri müəyyən qədər tarixi təcrübəyə əsaslanır. Çünki Misir, Liviya və Tunisdə baş verənlərin analogiyasının İranda da reallaşa biləcəyi düşüncəsindədir. Məhz bu aspektdən o, hadisəyə bu qədər sərt və xəbəddarlıq səviyyəsində yanaşır”.

İrana

Onun fikrincə, İran Liviya deyil:

“Düzdür, idarəertmə məsələsində oxşar cəhətləri çoxdur. Hətta bəzi məqamlarda İrandakı durum Liviyadakı Qəddafi dönəmindən bir çömçə də artıqdır. Yəni Liviyanın bugünkü aqibətinin İranda yaşanma ehtimalı azdır. Bu da xalqın monolitliyindən irəli gələn faktordur. İranı Liviyaya çevirmək Qərbə qətiyyən lazım deyil. Nəzərə alaq ki, İran həmişə Yaxın Şərqin jandarmı kimi çıxış edib və bu da Qərbə çox sərf edir. Məsələn, İran qorxusu ərəb dövlətlərinin hər il ABŞ-dan milyardlarla dollar silah almasına səbəb olur. Neft və qaz alışı zamanı ərəblərin Qərbə güzəşt etməsinə, ABŞ hərbi bazalarının bu məntəqədəə qalmasına imkan verir. Belə olan halda, ABŞ heç bir halda parçalanmış və ya vətəndaş müharibəsi gedən İran arzulamır və buna imkan da verməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com 

Chosen
17
50
musavat.com

10Sources