EN

Müharibə özü ilə aclıq gətirir

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yaxın Şərdə baş verən son hadisələr qlobal dünyada çox ciddi təlatümlərə gətirib çıxara bilər. 

Hazırki proseslər fonunda dünya hərbiləşməyə doğru gedir. BMT-nin Qida Hüququ üzrə Xüsusi Məruzəçisi Maykl Fahri Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı çağırış edib. O, ABŞ və İsrailin İrana hücumlarını qanunsuz adlandırıb. 

M.Fahri bildirib ki, ABŞ və İsrailin hücumları regionda və dünyada sabitliyi poza bilər. BMT-nin nümayəndəsi, həmçinin vurğulayıb ki, münaqişələr nəticəsində aclıq, köçkünlük başlayacaq və yaşayış xərcləri artacaq. 

Məruzəçi İsrailin Suriyada, Livanda və işğal olunmuş ərazilərdəki fəaliyyətlərini də tənqid edib. O, qlobal hərbiləşmə və humanitar yardım çatışmazlığı barədə xəbərdarlıq edib. Bir çox ekspertlər də eyni fikirləri səsləndirir. 

Yaxın Şərqdə genişmiqyaslı müharibənin, o cümlədən dünyanın müxtəlif bölgələrində davam edən münaqişələrin dünyada çox ağır və dağıdıcı nəticələrə səbəb olacağı ilə bağlı narahatlıqlar artmadadır. 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Yaxın Şərdə müharibənin davam etməsi dünyadakı təhlükəsizlik və iqtisadi nizamı təhlükə altına qoyur. “Yaxın Şərqdəki münaqişə qlobal dünya siyasətinə, ümumiyyətlə, qlobal iqtisadiyyata və qlobal enerji bazarına çox mənfi təsir göstərir. 

Biz artıq ABŞ və İsrailin İrana qarşı həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində enerji bazarında neftin qiymətlərinin artmasına şahidi oluruq. Təbii ki, neftin bahalaşması öz növbəsində istehsal xərcləri və məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. 

Münaqişələrin qlobal qida təhlükəsizliyinə təsirinə gəlincə, sözsüz ki, bu, hər zaman belə olub”. O qeyd edib ki, müharibələr və münaqişələr istənilən regionda çox ciddi təlatümlərə səbəb olur:

“Müharibənin içərisində olan insanların istehsalat və əkin-biçinlə məşğul olması, istehsal və tədarük olunan məhsulların bazara göndərilməsi qeyri-mümkündür. Bütün bunlar iqtisadi-sosial proseslərə mənfi təsir göstərən amillərdir. 

Bu baxımdan, Yaxın Şərqdə müharibənin şiddətlənməsi və genişlənməsi dünyada siyasi vəziyyətlə bərabər iqtisadi vəziyyəti də gərginləşdirir”.

Yunis Abdullayev

"Cebheinfo.az"

Açar sözlər:

müharibə Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
cebheinfo.az

1Sources