EN

Məmurların maliyyə fırıldaqlarını araşdırırlar

ain.az bildirir, Reyting.az portalına istinadən.

Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) sistemində müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Nocomment” nəşri yazıb.

İddia olunur ki, M. Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş sədr Saleh Məmmədovla qohumluq əlaqələrinə görə təyinatlar alıb.

Ehtimala görə, M. Musayev rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verib.

Məlumatda qeyd olunur ki, Musayev 2016-cı ildən etibarən AYDA sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərlə münasibətdə kobud davranış, idarəetmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu iddia edilir.

6 milyonmanatlıqehtiyathissələryoxa çıxıb

Musayevin rəhbərlik etdiyi 18 saylı Yol İdarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan “Tatra” yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb. Bundan sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o, işdən çıxarılmaq əvəzinə 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə keçirilib.

Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir.

7 saylı idarə ilə bağlı yeni iddialar

Hazırda M. Musayevin vəziyyətinin gərgin olduğu deyilir. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsində son üç ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib.

Eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı – Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzinin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir.

Mənbələr əlavə edir ki, Musayev idarədə özünü “toxunulmaz” kimi aparıb və işçilərlə kobud davranıb.

Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi ehtimal olunur.

Keçidlərə qanunsuz elektrik veriblər

İddia olunur ki, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir:

* Beşmərtəbə yeraltı keçid – 37 mağaza

* Milli Bank yeraltı keçid – 12 mağaza

* Nizami yeraltı keçid – 1 mağaza

* Targovu yeraltı keçid – 1 mağaza

* Ağ şəhər – 1 köşk

* Luna Park – 1 köşk

* Ağa Nəmetulla – 1 mağaza

* Heydər Əliyev ASAN Xidmət yaxınlığı – 1 köşk

* Babək–Azneft – 1 köşk

* “Monte Karlo” yeraltı keçidi – 1 köşk

* Olimp – 3 mağaza

* Azadlıq 189 – 1 mağaza

* Z. Bünyadov 11 – 1 mağaza

* Aviasiya keçidi – 1 köşk

* Rəsulzadə, Araz market yanı – 1 mağaza

* Atatürk 47 – 1 köşk

* Sabunçu – 2 köşk

* Salyan avtovağzal – 1 köşk.

Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni AAYDA rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir.

Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də, cavab verilməyib.

Redaksiya adları çəkilən şəxslərin mövqeyinə yer ayırmağa hazırdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
reyting.az

1Sources