EN

KİV Trampın İran rejimini zəiflətmək üçün yeni planı barədə məlumat yayıb

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp İran xalqına rejimi devirmək üçün "yeni təkan" vermək məqsədilə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı "hədəflənmiş kampaniya" keçirməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbəsinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ-ın məqsədi SEPAH-ı İran daxilində üsyanın mümkün ola biləcəyi dərəcədə zəiflətməkdir.

"Hazırda onlar kifayət qədər zəif deyillər, lakin üç-dörd həftədən sonra belə olacaqlar. İran daxilindəki qüvvələri hərəkətə gətirmək üçün cəhdlər ediləcək. Ola bilsin ki, hansısa şəhər süqut etsin və ya hərbçilər tərəf dəyişdirsin", — deyə mənbə qeyd edib.

Həmçinin nəşr vurğulayır ki, ABŞ və İsrail İranda hakimiyyət dəyişikliyi məsələsində fərqli mövqe tuturlar. Əgər Qüds (Yerusəlim) bu şərti müharibənin əsas məqsədi kimi görürsə, ABŞ bunu "əlavə bonus" kimi qəbul edir.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
icma.az

2Sources