EN

Deputatların ötənilki müraciətlərindən neçəsi icra olunub? – Baş nazirdən AÇIQLAMA

“Ötən ilki hesabatdan bu günə qədər deputatların müraciətləri ilə bağlı müəyyən işlər görülüb. Deputatlar tərəfindən ümumilikdə 124 müraciət təqdim olunub. Hökumət tərəfindən il ərzində 51 müraciət tam şəkildə icra edilib, 35 müraciət baxılma mərhələsindədir və icra səviyyəsi yüksəkdir, yaxın zamanlarda bunlar icra olunacaq. Yerdə qalmış 38 müraciətin də üzərində işlər aparılır. Onlar da öz həllini tapacaq.” 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü iclasında deputatların təkliflərinə münasibət bildirərkən deyib.

O, hökumətin hesabatına yüksək rəy verdiklərinə və qəbul etdiklərinə görə, deputatlara təşəkkür edib.

“Hörmətli deputatlar tərəfindən seçicilərin müraciətləri əsasında qaldırılan məsələlər hökumətin aidiyyəti qurumları tərəfindən hər zaman olduğu kimi bundan sonra da mövcud imkanlar çərçivəsində diqqətdə saxlanılacaq və onların maksimal dərəcədə icrası üçün bütün zəruri addımlar atılacaq".

Günay Şahmar, Bizim.Media

Chosen
5
1
bizim.media

2Sources