EN

Milyard dollarlıq qalibiyyət: “Naftogaz” “Qazprom”la məhkəmə çəkişməsində tam qələbə qazandı

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın “Naftogaz” qrupu Rusiya şirkəti “Qazprom”la apardığı təxminən 1,4 milyard dollarlıq məhkəmə mübahisəsində yekun qələbə əldə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Sergey Koretski məlumat verib.

Onun sözlərinə görə, İsveçrənin Federal Ali Məhkəməsi “Qazprom”un şikayətini tamamilə rədd edib və 2025-ci ilin iyununda çıxarılan arbitraj qərarını qüvvədə saxlayıb. Həmin qərara əsasən, Rusiya şirkəti “Naftogaz”a qazın nəqli xidmətlərinə görə 1,4 milyard dollardan çox borc, əlavə faizlər və məhkəmə xərclərini ödəməlidir.

Koretski bildirib ki, “Naftogaz” borcun məcburi qaydada tutulması istiqamətində iş aparır. Paralel olaraq, işğalçı ölkəyə qarşı dəymiş zərərin ödənilməsi məqsədilə digər məhkəmə prosesləri də davam etdirilir.

2019-cu ilin sonunda Ukrayna ərazisindən qaz tranziti ilə bağlı beş illik müqavilə imzalanmışdı. Sazişə əsasən, “Qazprom” faktiki ötürülən qazın həcmi az olsa belə, müəyyən edilmiş sabit tranzit həcmi üzrə ödəniş etməyi öhdəsinə götürmüşdü.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına baxmayaraq, qaz tranziti azaldılmış həcmdə olsa da davam edib. Lakin Koretskinin sözlərinə görə, 2022-ci ilin may ayından etibarən “Qazprom” müqavilənin “take or pay” prinsipini pozaraq ödənişləri dayandırıb.

2022-ci ilin sentyabrında “Naftogaz” Parisdə Beynəlxalq Ticarət Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Şirkət Rusiyanın Ukrayna ərazisindən həyata keçirilən təbii qaz tranziti üzrə vaxtında və tam ödənilməmiş məbləği ödəməsini tələb edib.

Qeyd edək ki, ötən il də “Naftogaz” İsveçrədə keçirilən arbitraj prosesində “Qazprom” üzərində qələbə qazanmışdı.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
bizimyol.info

1Sources