EN

“Müğənnisən niyə bahalı geyinmirsən?”

Tanınmış müğənni Elnarə Xəlilova Azərbaycan incəsənətinin problemlərindən danışıb.

News365.az xəbər verir ki, müğənni sənətə aidiyyati olmayan şeylərin incəsənətdən daha çox müzakirə edildiyini dilə gətirib:

“Mənə tez-tez deyirlər ki, bu nə saçdır, bu nə geyimdir? Niyə başqa müğənnilər kimi bahalı geyinmirsən? İstəmirəm, geyinmirəm. Mənim geyimim yox, sənətim müzakirə edilməlidir. Sənətin gündəmə gəlməməsində media nümayəndələrinin də günahı var. Təbii ki, hamsını demirəm. Amma əksəriyyət sensasiya dalınca qaçır. Elnarə Xəlilova il ərzində 17 layihə həyata keçirir. Bundan heç kimin xəbəri olmur. Lakin qalmaqalı bir şey etsəm qısa vaxt ərzində bütün ölkəyə bu xəbəri yayarlar”.

Chosen
16
news365.az

1Sources