EN

Azərbaycanda 2 ayda özəlləşdirmədən büdcəyə 66 milyon manat daxil olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2 ayda qurum 10 hərrac keçirib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə 890 yeni icarə müqaviləsi bağlayıb, bu fəaliyyətdən büdcəsinə 9,8 milyon manat vəsait köçürüb.

Beləliklə, yanvar-fevraldaə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.

Chosen
26
4
fed.az

10Sources