Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 13-də saat 11:00 radələrində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Şahidlərin iddiasına əsasən, qəzaya “Opel” sürücüsünün yüksək sürətlə hərəkət etməsi səbəb olub. Nəticədə hər iki avtomobilə maddi ziyan dəyib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.